Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şəkidə yeni şəlalə qeydə alınıb
28.02.2024 10:58
  • A-
  • A
  • A+

Şəkidə yeni şəlalə qeydə alınıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən 2023-cü ilin avqust ayında Şəki rayonu Şin çayı, çayın qolları və ətraf ərazilərində regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı şəlalə aşkar edilib.

Şəlalə Şin çayının sağ sahilində, dəniz səviyyəsindən 1299 metr hündürlükdə, tarixi Axtı-Şəki yolunun üzərində yerləşir.

Ekoloji coğrafiya şöbəsinin rəhbəri coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayevin verdiyi məlumata görə, Elvin Qarayev tərəfindən aşkar edilən yerli əhalinin “İtuçan” adlandırdığı şəlalə bugünə qədər elmi mənbələrdə qeyd olunmayıb. Şəlalənin yerli əhali tərəfindən “İtuçan” adlandırılmasının əsas səbəbi isə əvvəlki vaxtlarda həmin şəlalənin yerləşdiyi bu yoldan bir çoban itinin yıxılıb ölməsi ilə bağlıdır. Qafqaz Ağabalayev onu da əlavə edib ki, modern turizm infrastrukturu formalaşdırılarsa, 14 metr hündürlükdən tökülən, koordinatları (41°23’9” N, 47°9’17” E ) olan “İtuçan” şəlaləsi öz bənzərsizliyi ilə regionda ekoturizmin inkişaf etdirilməsi baxımından perspektivli təbiət abidəsi hesab edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: