Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.02.2024 11:52
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının hesabat-seçki yığıncağı keçirilib

Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının hesabat-seçki yığıncağı keçirilib

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının 2017-2024-cü illəri əhatə edən hesabat-seçki yığıncağı keçirilib.

İclasda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə, Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov, institutun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdaov və institut kollektivi iştirak edib.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov iclas iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələ haqqında məlumat verib.

İclasa sədrlik edən fizika-riyaziyyat elmləri doktoru, professor Həmidulla Aslanov gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Daha sonra, 2017-2024-cü illəri əhatə edən hesabatını təqdim etmək üçün sözü institutu HİK-nin sədri dosent İradə Mirzəzadəyə verib.

Məruzəçi İnstitutun Həmkarlar Təşkilatı fəaliyyət dövrü ərzində kollektivin sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi köməklikdən, əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsini və mədəni-kütləvi tədbirlərdə iştirakını eyni zamanda, əməkdaşların yay istirahəti təşkil olunduğundan, hər il institut əməkdaşlarına Dünya Azərbaycanlıların Həmrəylik günü – Yeni il, Novruz bayramı yolka tamaşa biletlərinin təşkilindən danışıb.

Sonra Nəzarət-Təftiş Komissiyasının sədri f-r.e.ü.f.d. Elçin Məmmədov illər üzrə aparılan hesabatların nəticələri ilə iştirakçıları tanış edib.

Daha sonra institutun elmi katibi f-r.e.ü.f.d., dos. Tamilla Həsənova, Deformasiya olunan bərk cisim mexanikası şöbəsinin müdiri Lətif Talıblı, f-r.e.ü.f.d. dos. Əli Babayev və digər iştirakçılar İ.Mirzəzadənin təşkilata sədrlik etdiyi illər ərzində qurumun nümunəvi fəaliyyəti, işçilərin sosial müdafiəsinin təşkilində prinsipial mövqeyi, bir çox layihələrdə təşəbbüskarlığını xüsusi qeyd ediblər. Qurumda nümunəvi təşkilatçı kimi fəaliyyət göstərməsi, işçilərin əməyinin qiymətləndirilməsi, onların asudə vaxtı və istirahətinin təşkili Azərbaycanın dilbər guşələrinə səfərlərinin təşkili, ölkəmiz üçün əhəmiyyətli məsələlərdə fəallığı kimi gördüyü mühüm işlər vurğulanıb və yenidən İradə Mirzəzadənin namizədliyinin irəli sürülməsini təklif ediblər.

İclacda çıxış edənAzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə institutun kollektivinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını çatdırıb. Natiq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elm və  təhsilin inkişafına yönəlmiş diqqət və qayğıdan danışaraq əlavə edib ki, əldə edilmiş nailiyyətlər  məhz düşünülmüş və məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir.

Tədbirdə Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edib. O, çıxışında qurumun HİK-nin aktiv fəaliyyətindən gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Hesabat məqbul hesab edilərək qəbul edilib və qərar layihəsi təsdiq edilib.

Sonra səsvermə yolu ilə dosent İradə Mirzəzadə təşkilata yenidən sədr seçilib. İclasda Həmkarlar Komitəsinin yeni İdarə Heyətinin tərkibi də formalaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: