Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.03.2024 11:42
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunda tələbələr istehsalat təcrübəsi keçiblər

Genetik Ehtiyatlar İnstitutunda tələbələr istehsalat təcrübəsi keçiblər

Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Odlar Yurdu Universitetinin (OYU) biologiya fakültəsinin 4-cü kurs tələbələri istehsalat təcrübəsi keçiblər.

Tələbələr Rüşeym plazması laboratoriyasında (müdir b.ü.f.d. Sevinc Məmmədova) və İnsan genetikası laboratoriyası (müdir Bayram Bayramov), Tərəvəz və bostan bitkiləri şöbəsi (b.ü.f.d. Sabir Həsənov), Meyvə bitkiləri şöbəsi (b.ü.f.d. Mirzə Musayev) və Dənli, taxıl və paxlalı bitkilər şöbəsində (b.ü.f.d. Xanbala Rüstəmov) gün ərzində elmi tədqiqatların aparılması, nəticələrinin istehsalata tətbiq olunması, habelə müvafiq cihaz və avadanlıqlarla tanış olublar. İstehsalat təcrübəsi tələbələrdə elmi tədqiqat sahəsində fəaliyyət göstərmək istəklərinin, maraqlarının yaranmasına səbəb olub.

Qrupun rəhbəri, OYU-nun müəllimi Münəvvər Səfərova istehsalat təcrübəsinin yüksək səviyyədə təşkilinə görə GEİ-nin rəhbərliyinə öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: