Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.03.2024 15:20
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Torpaqşünaslıq və Aqrokimya  İnstitutunda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev müəssisənin qadın əməkdaşlarını və onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və onlara ən xoş arzularını çatdırıb. O qeyd edib ki, Azərbaycan qadını öz ağıl, bilik və istedadına görə dünya qadınları içərisində yüksək yer tutur. Bu gün cəmiyyətin elə bir sahəsi yoxdur ki, oranı qadınsız təsəvvür etmək mümkün olsun.

İnstitutun HİT-in sədri a.e.d. Məmməd Məmmədov çıxışında Azərbaycan cəmiyyətində qadınların fəallığı ilə fəxr etdiyini qeyd edərək bildirib ki, qadın ucalıq, ülvilik məbədidir.

Təbriklərə qoşulan Qadınlar Şurasının sədri a.e.f.d. Əminə Axundova, Qadınlar Şurasının üzvü b.ü.f.d., dosent Şəlalə Səlimova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı, Üzvi gübrələr laboratoriyasının müdiri a.e.f.d. Sevda Talıbova çıxış edərək, qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli işlərində uğurlar arzulayıb.

Daha sonra müəssisənin Həmkarlar İttifaqı tərəfindən institutun xanımlarına hədiyyələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: