AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının 2025-ci il üçün ilk yığıncağı keçirilib. İclasın gündəliyində duran əsas məsələlər Əlyazmalar İnstitutunun şöbə müdiri fil.e.d., professor Kamandar Şərifovun 85 illik yubileyinin qeyd edilməsi, institutun 2025-ci il üçün (institut və şöbələr üzrə) elmi tədqiqat işləri, nəşriyyat, elmi-kütləvi və mədəni tədbirlər planlarının, o cümlədən kadr məsələlərinin müzakirəsi olub.
İclası giriş nitqi ilə elmi müəssisənin direktoru akademik Teymur Kərimli açaraq institutun kollektivi adından Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Kamandar Şərifovu 85 illik yubileyi münasibətilə təbrik edib. O, alimə 85 illik yubileyi münasibətilə və məhsuldar elmi fəaliyyətinə görə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Fəxri fərmanını təqdim edərək səmimi arzularını çatdırıb. Daha sonra çıxış üçün sözü institutun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirliyə verib.
A.Hacıqədirli Elmi şura üzvlərini Əlyazmalar İnstitutunun 2025-ci il üçün nəzərdə tutulan elmi-tədqiqat işləri, nəşriyyat işləri, elmi-kütləvi və mədəni tədbirlər planı ilə tanış edib.
Şura üzvlərinin müzakirəsindən sonra plan işləri təsdiqlənib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.