Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının kitabı işıq üzü görüb
11.03.2024 17:18
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının kitabı işıq üzü görüb

Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları - institutun icraçı direktoru, texnika elmləri doktoru, dosent Nizami Mürsəlov və aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru, dosent Xəyalə Düzdabanın yazdıqları “Korroziya problemləri, onların həllində inhibitorlar, konservasiya mayeləri və sürtkülərinin rolu” adlı kitab çapdan çıxıb.

Kitab korroziya prosesi, onun sənayedə və konservasiya zamanı yaratdığı problemlərdən, bu problemlərin həlli yolları, inhibitorlar, konservasiya materialları və bakterisid xassəli birləşmələrin korroziya prosesinə təsirindən bəhs edir. Nəzəri anlayışlar bu sahədə aparılmış elmi-tədqiqat işləri ilə öz təsdiqini taparaq vəhdət təşkil edir, bu da müfəssəl məlumat mənbəyi hesab edilə bilər.

Monoqrafiya universitetlərin kimya fakültələrinin bakalavr və magistratura tələbələri, doktorantura pilləsində təhsil alanlar və korroziya sahəsində çalışanlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: