Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” seriyasından dördüncü kitab çapdan çıxıb
13.03.2024 17:35
  • A-
  • A
  • A+

“Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” seriyasından dördüncü kitab çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman Xəlilovun “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” seriyasından dördüncü kitab nəşr olunub.

Kitab 2017, 2019 və 2021-ci illərdə işıq üzü görən üçcildliyin davamıdır.

Əvvəlki kitablarla müqayisədə bölmələrin adlarında cüzi fərqlər olsa da, müəllif ənənəyə uyğun olaraq dördüncü kitabı “Elm”, “Ədəbiyyatşünaslıq və əlyazmaşünaslıq”, “Mətbuat, maarif və mədəniyyət”, “Müsahibə, rəy və təəssüratlar” adlanan dörd bölməyə ayırıb.

Kitabda Fərman Xəlilovun Naxçıvanın elmi, ədəbi və mədəni mühitindən bəhs edən məqalələri, müsahibələri yer alıb. XX əsr və XXI əsrin ilk onilliklərində Naxçıvanın elmi, ədəbi və mədəni həyatı ilə bağlı ictimai əhəmiyyətə malik müxtəlif məsələlər məqalələrin ümumi məzmununu təşkil edir. Buradakı məqalələrin müəyyən hissəsi indiyədək müxtəlif qəzet və jurnallarda dərc olunmuş, bir qismi isə ilk dəfə olaraq kitaba daxil edilmişdir.

Qeyd edək ki, kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçisi filologiya elmləri doktoru, professor İslam Qəriblidir. Əsər “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: