Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.03.2024 15:18
  • A-
  • A
  • A+

Professor Şirindil Alışanlı ilə vida mərasimi keçirilib

Professor Şirindil Alışanlı ilə vida mərasimi keçirilib

Tanınmış ədəbiyyatşünas alim, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şirindil Alışanlı ilə vida mərasimi keçirilib.

Təzəpir məscidində baş tutan mərasimdə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Ədəbiyyat İnstitutunun kollektivi, elmi ictimaiyyətin nümayəndələri, mərhum alimin ailəsi və yaxınları iştirak ediblər.

Mərasimdə akademiklər İsa Həbibbəyli, Arif Həşimov, Muxtar İmanov, AMEA-nın müxbir üzvü Şahbaz Muradov, Mətbuat Şurasının sədri Rəşad Məcid, professorlar Vilayət Quliyev, Qəzənfər Paşayev, Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, jurnalist Əlövsət Ağalarov və başqa çıxış edənlər professor Şirindil Alışanlının elmi-ictimai fəaliyyətindən və yüksək keyfiyyətlərə malik bir insan olmasından danışıb, alimin xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.

Mərasimdən sonra professor Şirindil Alışanlı Yasamal qəbiristanlığında dəfn edilib. Alimin məzarı önünə əklillər düzülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: