Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.03.2024 15:31
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

AR Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Saray Təcrübə sahəsində ağacəkmə aksiyası keçirilib. Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən tədbirdə institutun əməkdaşları və Odlar Yurdu Universitetinin tələbələri iştirak ediblər.

İnstitut əməkdaşları aksiyada aktiv iştirak edərək əraziyə həmişəyaşıl ağaclar əkiblər. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Dendrologiya İnstitutunun baş direktou v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən danışaraq gənclərdə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii, mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətli olduğunu bildirib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dendrologiya İnstitutunda müxtəlif formatlı tədbirlər keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: