Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.03.2024 09:58
  • A-
  • A
  • A+

Beynəlxalq Türk Akademiyası Türk Dil Qurumu və Türkiyə Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək

Beynəlxalq Türk Akademiyası Türk Dil Qurumu və Türkiyə Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Bakıya işgüzar səfəri çərçivəsində Türk Dil Qurumunun başqanı professor Osman Mert və Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkərlə görüşüb.

Görüş zamanı tərəflər Xoca Əhməd Yassavi adına Beynəlxalq Qazax-Türk Universiteti ilə birgə bu il Türküstan şəhərində təşkil olunacaq yay məktəbi proqramı üzrə əməkdaşlığa dair protokol imzalayıblar.

Beynəlxalq Türk Akademiyası tərəfindən hər il təşkil olunan yay məktəbinin məqsədi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin və digər qardaş xalqların gənc alimlərinə dəstək olmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: