Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.02.2025 16:36
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun əməkdaşı UNESCO-nun keçirdiyi tədbirdə iştirak edib

Dilçilik İnstitutunun əməkdaşı UNESCO-nun keçirdiyi tədbirdə iştirak edib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva UNESCO-nun STEM karyera yollarının müxtəlifliyi, 2030-cu ilə qədər fəaliyyət planı və yol xəritəsinin müəyyənləşdirilməsi ilə bağlı yığıncaqda iştirak edib.

Tədbirdə Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (STEM) karyeralarında gender stereotiplərinə qarşı çıxmaq üçün inklüziv media təmsilçiliyinə ehtiyac məsələləri müzakirə olunub.

Tədbirdə Azərbaycanı təmsil edən UNESCO-nun Elektoral qrupunda ekspert və UNESCO-nun Dünya Dilləri Atlası layihəsində koordinator Vəfa Abdullayeva-Nəbiyeva STEM-də müxtəlifliyin dəyişdirici gücünü və müxtəlif perspektivlərini  o cümlədən, STEM-in təmin etdiyi bir çox imkanları vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: