Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2025 19:04
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Radiasiya Problemləri İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İnstitutun icraçı direktoru, dosent Rəvan Mehdiyeva çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi.

XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda bu dəhşətli faciəyə həsr olunmuş video çarx nümayiş olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: