Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2025 18:54
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Xocalı soyqırımının qurbanları anılıb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Xocalı soyqırımının qurbanları anılıb

ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, Gənc Alim və Mütəxəssislər Şurasının və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının qurbanlarına həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Institutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, xalqımız tarixən çox ağrı-acılı, qanlı-qadalı faciəvi günlər yaşayıb. Bunlardan ən dəhşətlilərindən biri məhz Xocalı soyqırımıdır. 33 il öncə Xocalıda yaşanan bu faciə yalnız bir xalqa qarşı deyil, ümumən insanlığın əleyhinə yönəlmiş bəşəri cinayət idi. Ən böyük  təskinliyimiz odur ki, işğal olunmuş torpaqlarımız artıq azaddır və cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz Xocalının qisasını döyüş meydanında aldıq!” Xalqımızın başına gətirilən faciələrin bir daha yaşanmaması üçün hər birimiz bir vətəndaş olaraq dövlətimizin, dövlətçiliyimizin yanında olmalı, onun artan  gücünə öz əməli töhfələrimizi verməli və bu faciəni heç vaxt unutmamalıyıq. Artıq bütün Qarabağda olduğu kimi Xocalıda da, geniş miqyaslı bərba quruculuq işləri gedir və qaçqınlar dogma yurd-yuvalarına qayıdırlar.

Sonra AR ETN Elmi Təşkilatların Birləşmiş Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov bildirdi  ki, o vaxt erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edərək soyqırımı törədib,  insanlar xüsusi qəddarlıqla qətlə yetiriliblər və biz, xüsusilə də gənclər bu faciəni unutmamalıyıq. Professor həmin günlərdə Milli qəhrəman Allahverdi Bağırovun gördüyü işlərdən, xüsusulə əsir düşmüş Xocalı sakinlərinin azad olunmasında onun rolundan danışdı.

Daha sonra  professorlar İxtiyar Bəxtiyarlı, Arif Əfəndi, Asif Məmmədov, böyük elmi işçi Elmir Babayev və başqaları çıxış edərək bildiriblər ki, bu faciə ermənilərin əsil milli kimliyini ortaya qoydu. Eyni zamanda ermənilərin son yüz ildə bizə qarşı törətdiyi alçaq cinayətləri bağışlayan, hətta bəzən unudan xalqımız üçün ciddi bir mesaj  oldu. Biz bu kimi faciələrimizi heç vaxt unutmamalıyıq.  Əlbəttə, o gecə qətl edilən yüzlərlə insanın hələ də ürəyimizi sızladan faciəsi heç zaman yaddaşlardan silinməyəcəkdir. Lakin, təskinliyimiz ondan ibarətdir ki,  işğal olunmuş torpaqlarımız müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən azad edildi, suverenliyimiz bərpa olundu xacalı sakinlərinin  qisasını alındı. Doğma Qarabağımızda quruculuq işləri uğurla davam etdirilir, qaçqınlarımız hissə- hissə dədə-baba torpaqlarına qayıdırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: