Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.03.2024 11:18
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda Novruz bayramına görə tədbir keçirilib

Dendrologiya İnstitutunda Novruz bayramına görə tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda Həmkarlar Təşkilatının Novruz bayramına həsr olunmuş iclas keçirilib.

Tədbiri giriş sözü ilə açan Dendrologiya İnstitutunun baş direktoru v.i.e. biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə kollektivi təbrik edib. Xalqımızın milli-mənəvi dəyərlərə önəm verməsi baxımından Novruz bayramının qeyd olunmasının əhəmiyyətini vurğulayıb. O, çıxışında Novruzu xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayram kimi səciyyələndirib.

Daha sonra institutun Həmkarlar Təşkilatının sədri Tünzalə Zeyvəliyeva çıxış edərək Novruz bayramının xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramı olduğunu qeyd edib. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm etdirdiyini vurğulayıb.

Tədbirin sonunda institutun Həmkarlar Təşkilatı tərəfindən əməkdaşlara bayram sovqatı paylanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: