Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.03.2024 14:51
  • A-
  • A
  • A+

31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş dəyirmi masa keçirilib

31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş dəyirmi masa keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş dəyirmi masa keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masanı giriş sözü ilə institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. Musa Qasımlı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin tarixi Fərmanından sonra aparılmış araşdırmalar sayəsində yeni faktlar və sənədlər toplanıb.

Sonra Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qasım Hacıyev və  Ermənişünaslıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə “Cənubi Qafqazda qırğınlar” mövzusunda məruzə ediblər. Onlar Cənubi Qafqazda baş vermiş qırğınların tarixindən, səbəbləri və məqsədlərindən danışıblar. Vurğulanıb ki, 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı ən ağır və dəhşətli soyqırımlarından biri olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: