Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
29.03.2024 10:50
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin mart ayında son sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin 9 noyabr 2015-ci ildə AMEA-nın 70 illik yubileyində iştirakı zamanı səsləndirdiyi nitqdən fikirlər təqdim edilib.

İkinci və üçüncü səhifələrdə “AMEA-da 27 mart Elm Günü təntənəli şəkildə qeyd olunub” başlıqlı geniş yazı yer alıb.

Qəzetdə AMEA prezidenti akademik İsa Həbibbəylinin müəllifi olduğu “Elm Günü və Günün elmi: yeniləşmə prosesləri” başlıqlı məqalə, eləcə də Türk Dil Qurumunun rəhbəri, Nobel mükafatçısı və BMT nümayəndələri ilə keçirdiyi görüşlərə dair xəbərlər dərc edilib.

Bügünkü sayda AMEA prezidentinin iştirak etdiyi elmi konfranslar, o cümlədən “Milli leksikoqrafiyamızın yeni uğuru: Türk mənşəli arxaizimlər lüğəti” başlıqlı məqalə və digər yazılarla tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində AMEA-nın ötən həftə ərzində fəaliyyətinə dair yazılar, həmçinin məqalə, müsahibə və son elmi yeniliklərə dair informasiyalar yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: