Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin yeni müdiri kollektivə təqdim edilib
05.04.2024 17:55
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin yeni müdiri kollektivə təqdim edilib

AMEA prezidenti akademik İsa Həbibbəylinin sərəncamı ilə Akademiyanın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş filologiya elmləri doktoru, dosent Sərxan Xavəri kollektivə təqdim edilib.

Tədbirdə AMEA prezidenti akademik İsa Həbibbəyli çıxış edərək filologiya elmləri doktoru, dosent Sərxan Xavərinin otuz ilə yaxındır ki, Akademiya sistemində çalışdığını bildirərək, onu təcrübəli və bacarıqlı əməkdaş kimi səciyyələndirib. AMEA rəhbəri yeni təyin olunmuş şöbə müdirinə tövsiyə və tapşırıqlarını verib, kollektivə uğurlar arzulayıb.

Sonra Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri çıxış edərək ona göstərilən yüksək etimada görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib, ona tapşırılan işin öhdəsindən məsuliyyətlə gələcəyinə söz verib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov, AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da iştirak ediblər.

Qeyd edək ki, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov bu günlərdə Akademiyanın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: