Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.04.2024 10:48
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Prof.Dr. Levent Çavaşın elmi seminarı keçirilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Prof.Dr. Levent Çavaşın elmi seminarı keçirilib

Türkiyənin Doqquz Eylül Universiteti Fənn fakültəsi Kimya Departamentinin rəhbəri Prof.Dr. Levent Çavaş Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu ziyarət edib.

Qonaq institutun laboratoriyaları ilə tanış olub. Prof.Dr. Levent Çavaşa institutda aparılan elmi-tədqiqat işləri, alınan mühüm nəticələr haqqında ətraflı məlumat verilib. Daha sonra institutun Kiçik akt zalında Prof.Dr. Levent Çavaşın “Çirkləndiricilərə qarşı boyalar və biosidlərin mövcud problemləri” mövzusunda elmi seminarı keçirilib. Alim öncə çalışdığı Doqquz Eylül Universiteti, burada aparılan tədqiqatlar haqqında məlumat verib. Sonra çirklənmə əleyhinə istifadə edilən boya maddələrinin tərkibi, onlara verilən tələblər, bu istiqamətdə aparılan elmi tədqiqatlar və əldə olunan nailiyyətlər haqqında seminar iştirakşılarını məlumatlandırıb. Qonağın çıxışı seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Məruzəçi verilən sualları cavablandırıb və çıxış ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: