Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.04.2024 11:51
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib

Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev də iştirak edib.

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə şura üzvlərini tanış edib.

İclasda g.-m.e.ü.f.d. Ülviyyə Mövsümova “Cənubi Xəzər hövzəsinin qərb (Azərbaycan) və cənub-şərq (Türkmənistan, İran) hissələrində süxurların karbohidrogen potensialı: müqayisəli təhlil” mövzusunda elmi məruzəsi ilə çıxış edib. Məruzəçi Cənubi Xəzər hövzəsinin qərb (Azərbaycan) və cənub-şərq (Türkmənistan, İran) hissələrində süxurların karbohidrogen potensialı üzrə müxtəlif stratiqrafik süxurlarında və palçıq vulkanlarının (PV) tullantılarında üzvi maddələrin (ÜM) kəmiyyət və keyfiyyət xassələrinin müqayisəli təhlilini aparıb.

Müzakirədən sonra məruzənin aktuallığı qeyd edilib.

İclasda AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev “Qeyri müəyyənlik şəraitində quyuların qazılması prosesinin modelləşdirilməsi və qərarların qəbul edilməsi” (2024-2026) elmi-tədqiqat mövzuları üzrə proqramlar barədə məlumat verib.

Elmi şura üzvləri tərəfindən elm-tədqiqat mövzuları müzakirə olunaraq dinlənilib və qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: