Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

08.04.2024 16:30
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetinin tələbələri Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib

Bakı Dövlət Universitetinin tələbələri Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin IV kurs tələbələri Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib.

Tələbələrə  muzeyin tarixi, Azərbaycan ədəbiyyatında bir çox ilklərin banisi olan Hüseyn Cavidin həyat və yaradıcılığı, muzeydə sərgilənən eksponatlar, xatirə əşyaları, müəllifin təsadüf nəticəsində günümüzə qədər gəlib çatan bəzi əlyazmaları, əsərlərinin müxtəlif illərdəki nəşri, pyeslərinin səhnə həyatı ilə əlaqədar geniş məlumat verilib. Muzeyin əməkdaşları tərəfindən Hüseyn Cavid, Cavidlər ailəsi ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tamaşaçılara muzeydə aparılmış tədqiqatlar nəticəsində çap olunmuş elmi əsərlər haqqında da məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: