Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Muxtariyyətin 100 ili: keçmişdən bu günə və sabaha” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
15.04.2024 15:25
  • A-
  • A
  • A+

“Muxtariyyətin 100 ili: keçmişdən bu günə və sabaha” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 6-8 iyun 2024-cü il tarixlərində Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr edilmiş “Muxtariyyətin 100 ili: keçmişdən bu günə və sabaha” mövzusunda üz-üzə və onlayn formatda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılacaq:

 1917-ci ilin Rusiya hadisələri və bunun Cənubi Qafqaza təsiri;

– Türk hərbi heyətinin Naxçıvana gəlməsi, fəaliyyəti və türk diplomatlarının rolu;

– Araz-Türk Cümhuriyyəti, onun Azərbaycan Xalq Cümhuriyyəti və Cənubi-Qərbi Qafqaz Respublikası ilə əlaqələri;

– İngilis və ABŞ hərbi qüvvələrinin Naxçıvanla bağlı siyasətləri;

– Azərbaycan Xalq Cümhuriyyəti, Sovet Azərbaycanı və Naxçıvan;

– Ermənilərin Naxçıvan diyarını tutmaq cəhdləri və törətdiyi soyqırımlar;

– Naxçıvanda hərbi-siyasi vəziyyət və diyarın sovetləşməsi;

– Sovet Rusiyasının Naxçıvan diyarı ilə bağlı ikili siyasəti;

– Gümrü, Moskva, Qars müqavilələri və Naxçıvan;

– Naxçıvan tarixi, arxeologiyası və etnoqrafiyası;

– Nəriman Nərimanov, Behbud Şahtaxtinski, Heydər Əliyev və Naxçıvan tarixi məsələləri;

– Naxçıvanın inzibati idarəçilik sistemində dəyişikliklər;

– Naxçıvan Muxtar Respublikasının təşkili;

– Ermənilərin Moskva və Qars müqavilələrini ləğv etmək cəhdləri;

– Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi statusu;

– Naxçıvanda ictimai-siyasi proseslər;

– Naxçıvan MSSR-in inkişaf tarixi;

– Naxçıvan Muxtar Respublikası müstəqillik illərində;

– Muxtariyyət illərində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı;

– Naxçıvan Muxtar Respublikasında təhsil, elm və mədəniyyətin inkişafı;

– Naxçıvan Muxtar Respublikasının elmi-ədəbi və mədəni mühiti;

– Naxçıvan Muxtar Respublikasının təşkili və inkişafında xidmətləri olan görkəmli şəxsiyyətlər (tərcümeyi-hal istisna olmaqla).

Xülasə və məqalənin yazı qaydaları:

-Xülasə 250-300 söz, 10 pt şrift (Times New Rоmаn), 1 interval ara ilə Azərbaycan, ingilis və rus dillərində göndərilməlidir. Xülasənin sonunda 10 sözü keçməməklə açar sözlər qeyd olunmalıdır;

-Məqalənin tam mətni 7-10 səhifə, 12 pt şriftlə Azərbаycаn, türk, ingilis yaxud rus dillərində göndərilməlidir.

Mühüm tarixlər:

-Konfransda iştirak etmək istəyənlər məqalələrini 10 may 2024-cü il tarixinədək ameanaxcivanbolmesi@gmail.com e-poçt ünvanına göndərə bilərlər.

- Məqalələrin qəbul edilib-edilməməsi ilə bağlı məlumat 20 may 2024-cü il tarixdə təqdim olunan e-poçt ünvanı vasitəsilə veriləcək.

Qeyd: Qaydalara uyğun tərtib olunmayan, həmçinin konfransda məruzə etməyən müəlliflərin məruzə mətnləri konfrans materialları toplusuna daxil edilməyəcək.

Konfransın qaydaları, mövzu başlıqları və istiqamətləri ilə daha ətraflı AMEA Naxçıvan Bölməsinin www.ameanb.az saytında tanış olmaq mümkündür.

Ünvan: AZ7000, Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası

Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76

Tel.: (+99436) 544 09 64

 (+99436) 545 67 45

Faks: (+99436) 545 46 22

E-poçt: ameanaxcivanbolmesi@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: