Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.04.2024 10:54
  • A-
  • A
  • A+

Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb

Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb.

Milli dəyərlər millətin mənəvi-əxlaqi, idraki, bədii səviyyəsinin ifadəsi olub, xalq həyatının bütün sahələri haqqında sistemli fikirlərin məcmusu, mahiyyətidir. Bəşəri dəyərlər dedikdə milliliyin yetkin soraqlarının ifadəsi nəzərdə tutulur.

Süjetdə populyar Azərbaycan filmlərindən olan “Babək”də Babək Xürrəmdin obrazının Azərbaycanın qəhrəmanlıq ruhunun, döyüşkənliyinin, özünəməxsusluğunun, “Dədə Qorqud” filmində Dədə Qorqud obrazının ağsaqqallığın, habelə  Dədə Qorqud dünyasının xalq ruhuna uyğun ifadəçisi olduğu bildirilib. Filmlərimizdə çox  rast gəlinən Azərbaycan aşıq sənəti örnəklərinin, bütövlükdə Sazımızın xalqın yenilməzlik ruhunun, təbiət-insan birliyinin, Azərbaycan muğamlarının insan kamilliyinin musiqidə bənzərsiz ifadəsi olduğu da vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: