Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Botanika İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir
17.04.2024 10:57
  • A-
  • A
  • A+

Botanika İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir

AR ETN Botanika İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planı”na əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2417.01 – “Botanika” – 1 yer (əyani);

2432.01 – “Bioloji ehtiyatlar” – 1 yer (əyani)

2411.02 - “Bitki fiziologiyası” – 2 yer (1 əyani, 1 qiyabi);

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ödənişli əsaslarla:

2417.01 – “Botanika” – 1 yer (qiyabi);

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

2417.01 – “Botanika” – 1 yer

Elmlər doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2417.01 – “Botanika” – 1 yer (əyani)

2432.01 – “Bioloji ehtiyatlar” – 1 yer (əyani)

Elmlər doktoru proqramı üzrə doktoranturaya ödənişli əsaslarla:

2417.01 – “Botanika” – 1 yer (əyani)

Elmlər doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

2417.01 – “Botanika” – 1 yer 

2432.01 – “Bioloji ehtiyatlar” - 1 yer

Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az vasitəsilə 16.04.2024-15.05.2024-cü il tarixlərində keçiriləcəkdir.

Əlavə məlumat üçün institutun Təhsil şöbəsinə müraciət edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: