Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

17.04.2024 12:30
  • A-
  • A
  • A+

Qazaxıstanlı alimlər Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar

Qazaxıstanlı alimlər Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar

Qazaxıstan Milli Aqrar Universitetinin və Qazaxıstan Milli Aqrar Tədqiqatlar Universitetinin alimləri Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi-təcrübədə olublar.

UNESCO-nun Davamlı İnkişaf Departamentinin rəhbəri professor T.A.Bazarbayeva, professor G.Mukanova, Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Elmləri Akademiyasının akademiki professor Z.A.Tukenova, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Qazaxıstan Milli Aqrar Tədqiqatlar Universiteti aparat rəhbəri professoru, J.A.Bazarbayeva “Qərbi Qazaxıstan regionunun yaşıl inkişaf kontekstində təbii-təsərrüfat və sosial-iqtisadi sistemlərinin dayanıqlı inkişafı: kompleks təhlil, konsepsiya, proqnoz qiymətləndirmə və ssenarilər” mövzusunda Qrant layihəsi əsasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun qonağı olublar.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev qonaqları qəbul etdikdən sonra laboratoriya müdirlərinin iştirakı ilə geniş formada görüş keçirilib. Görüşdə Ə.Quliyev T.A.Bazarbayeva dəvət olunmuş alimləri təqdim edərək hər bir alimin gördüyü işlər haqqında geniş məlumat verib. Alim həmçinin Qrant layihəsinin yerinə yetirilməsi prosesində Qazaxıstan və Azərbaycan torpaqlarında mənfi halların oxşarlığının müşahidə edildiyini qeyd edib. Qazaxıstanlı alim bildirib ki, məqsədimiz Azərbaycanda həmin istiqamətdə aparılmış tədqiqatlarla tanış olmaq və gələcəkdə sizin institutla daha sıx əlaqə qurmaqdır.               

Əlövsət Quliyev institutda COP29-la bağlı gələcəkdə görüləcək işlər barədə əhatəli məlumat verib və yeni tədqiqatların işğaldan azad olunmuş torpaqlarda aparılacağını bildirib. Görüşdə laboratoriya müdirləri ayrı-ayrılıqda elmi fəaliyyətləri haqqında məlumatlar verərək, nəşr olunmuş bəzi monoqrafiyaları qonaqlara təqdim ediblər. Sonda qonaqlara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, institutun Torpaqların meliorasiyası laboratoriyasının müdiri a.e.d Mustafa Mustafayev həmin layihədə xarici mütəxəssis olaraq nəticələrin təhlili, çöl-tədqiqat məqsədilə təşkil edilən ekspedisiyaya qatılmaq, tədqiqatlara uyğun Scopus indeksli jurnalda həmmüəllif olaraq məqalələrin və layihənin sonunda monoqrafiyanın hazırlanmasında iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: