Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademiyada özbək ədəbiyyatı tarixinə dair monoqrafiya hazırlanır
17.04.2024 15:35
  • A-
  • A
  • A+

Akademiyada özbək ədəbiyyatı tarixinə dair monoqrafiya hazırlanır

AMEA-da özbək ədəbiyyatı tarixinə dair monoqrafik tədqiqat əsərinin nəşr edilməsi barədə qərar qəbul edilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə hazırlanacaq monoqrafiyada özbək ədəbiyyatının qədim tarixi, formalaşması, inkişaf mərhələləri və əsas yaradıcıları barədə tədqiqatlar öz əksini tapacaqdır. Monoqrafiyaya dair materialların toplanılması, sistemləşdirilməsi və nəşrə hazırlanması Azərbaycan tərəfdən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Yaşar Qasımbəyliyə, Özbəkistandan isə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarova tapşırılıb.

Azərbaycan-Özbəkistan elmi əlaqələrinə mühüm töhfə olacaq monoqrafik tədqiqat əsərinin “Elm” nəşriyyatında çap edilməsi nəzərdə tutulub.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: