Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim İzmir Ege Universitetində XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarla bağlı məruzə edib
19.04.2024 10:30
  • A-
  • A
  • A+

Şərqşünas alim İzmir Ege Universitetində XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarla bağlı məruzə edib

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi, Ege Universiteti, Quba “Soyqırımı Memorial Kompleksi” “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və İzmir Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı ilə aprelin 15-də İzmir şəhərində yerləşən Ege Universitetində “Erməni problemi və XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalar” başlıqlı konfrans keçirilib.

Konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “XX əsrdə azərbaycanlılara qarşı soyqırımlar” mövzusunda məruzə edib. S.Talıblı məruzəsində tarixi fakt, sənəd, dövrü mətbuat, azərbaycan və xarici dilli mənbələrə əsaslanıb.

Tədqiqatçı 1905-1906-ci illər kütləvi qırğınlar, 31 Mart azərbaycanlıların soyqırımı, 1948-1953-cü illər azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyası, Ermənistanın işğalı zamanı Azərbaycanın dağıdılmış tarixi, maddi-mənəvi abidələri, Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarı,  Ermənistanın əsassız ərazi iddialarına və müdaxiləsinə etirazlar, “20 Yanvar” faciəsi (Neftçala və Lənkəran faciələri), Meşəli soyqırımı, Ağdaban soyqırımı, Qaradağlı soyqırımı, Ağdaban soyqırımı, Ballıqaya soyqırımı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular soyqırımı, Xocalı soyqırımı, Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi haqda geniş çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: