Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.04.2024 16:24
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu ilə Gəncə Nəbatat Bağı birgə elmi-tədqiqat aparacaq

Dendrologiya İnstitutu ilə Gəncə Nəbatat Bağı birgə elmi-tədqiqat aparacaq

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu və Gəncə Nəbatat Bağı arasında müəssisələrin mövcud Nizamnamə tələblərinə uyğun olaraq, birgə elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb.

Müqavilədə bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair ETN Nəbatat bağı tərəfindən Dendrologiya İnstitunda Abşeron dendroflorasının və Azərbaycan florasının biomüxtəlifliyinin öyrənilməsi üzrə birgə elmi tədqiqatların aparılmasına, nəticələrdən birgə istifadəyə dair əməkdaşlıq yer alır.

Əməkdaşlığın məqsəd və vəzifələri Abşeronda və Azərbaycanın Qərb bölgəsində oduncaqlı bitkilərin tomoqrafik təhlili dendroxronoloji təhlil edilməsi, Nəbatat əməkdaşları ilə birgə Dendrologiya İnstitutunun ərazisinə yeni introduksiya edilmiş bitkilərdə biomorfoloji və fizioloji göstəricilərinin təhlili, Qərb bölgəsində sərhədyanı ərazilərdə bioloji müxtəliflik komponentlərinin nadir növlərinin təbii bərpasının, qorunub saxlanması və onlardan davamlı istifadə üçün tədbirlərin həyata keçirilməsi, ekologiya və təbiətin mühafizəsi sahəsində elmi araşdırma fəaliyyətinin dəstəklənməsi və zəruri infrastrukturun yaradılması, ətraf mühitin mühafizəsi ilə bağlı monitorinq və səmərəli nəzarət mexanizmlərinin hazırlanması və Abşeron ərazisndə ağac və kol bitkilərinin taksonomik tərkibinə iqlim dəyişkənliyinə təsirinin  birgə təhlilindən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: