Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları elmi ekspedisiyada olublar
19.04.2024 16:34
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları elmi ekspedisiyada olublar

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq şöbəsinin əməkdaşları-şöbə müdiri geol-min.ü.f.d. Hüseyn Mustafabəyli və Saleh Bəşirov, Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən şöbələrarası əməkdaşlıq çərçivəsində Qəbələ rayonunda Dəmiraparançay, Türyançay yataqları və ətraf ərazilərdə monitorinq işləri aparılıb.

Mühitin ekoloji vəziyyəti tədqiq edilib, landşaftlarda baş verən dəyişmələrin analizlər əsasında öyrənilməsi məqsədilə qeyd olunan ərazilərdən müxtəlif çay çöküntüləri və torpaq nümunələri götürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: