Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana ərazi partiya təşkilatına yeni sədr seçilib
22.04.2024 19:00
  • A-
  • A
  • A+

YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana ərazi partiya təşkilatına yeni sədr seçilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana ərazi partiya təşkilatının sədri seçilib.

Texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. 2018-2022-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsi müdirinin müavini, 2022-2024-cü illərdə isə şöbənin müdiri vəzifəsində çalışıb. 2024-cü ilin aprel ayında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin olunub.

Hüseyn Hüseynov 9 aprel 2024-cü il tarixdə texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

İki dəfə AMEA Rəyasət Heyətinin, iki dəfə də YAP Yasamal Rayon Təşkilatının Fəxri fərmanları ilə təltif olunub.

Ailəlidir, 3 övladı var.

Hüseyn Hüseynovun qardaşı Ramil Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: