Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.05.2024 09:45
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Şumerlərin izi ilə” mövzusunda elmi seminar keçirilib

Şərqşünaslıq İnstitutunda “Şumerlərin izi ilə” mövzusunda elmi seminar keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şumerlərin izi ilə” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev iştirakçıları seminarın mövzusu barədə məlumatlandıraraq, məruzə üçün sözü institutun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçi filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyevaya verib.

Sevinc Nuriyeva seminarda şumerlərin mədəniyyəti haqqında geniş məlumat verib, ilk yazı sistemi mixi yazılar və yazılı abidələrdən nümunələri sistemli şəkildə təhlil edib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: