XXI əsr dünya incəsənətində geniş yayılmış bir tendensiya var ki, bu əsasən ideyanı çəkərək təsvir etməkdən daha çox təsvir olunacaq əşyadan birbaşa istifadə edərək ideyanı göstərməyi üstün tutur. XX əsrdə bəsit formada başlayan bu üslub indi daha geniş istifadə olunur. Bu cərəyan, “Hazır formalar” (ready made) epoxası sənətdə çox mühüm bir dövrü əhatə etsə də boyakarlığa o qədər geniş təsir edə bilmədi. Əsrlər öncə qüsur sayılan formalar, çağdaş incəsənətə əlavə olunaraq ona yenidən yön verir. İndi haqqında danışacağım üslub, monoxrom üslubun konseptual imkanlarını ortaya çıxarır. Monoxrom rəsm, tək bir rəngdən ibarət olan rəsm novüdür. Bu üslubda işləyən bir çox rəssamlar olub. Onların yaratdıqları rəsm nümunələri tək rəngli səthlər, daha sonralar rəng relyefləri, qabarıq çıxıntılar ilə davam edən bir axım formalaşdırdı. Monoxrom rəsm axımını müşahidə edərkən araşdırmağa uyğun, çatışmayan iki element diqqəti çəkir. Birincisi, fiqurlar ixtisar olunub ve ikincisi isə işıq yoxdur.
2002-ci ildə bu əlavələri edib 50x40 sm ölçüdə iki rəsm tamamladım. Ağ monoxrom qadın rəsmi və qara monoxrom kişi portretləri bu üslubda ilk nümunələrimdir. Bundan sonra daha bir neçə monoxrom portretlər etdim. Həmin rəsmlər eksperimental olduğu üçün hansı üsluba aid olduğunu demək çətin idi. Məzmun və formanın material xüsusiyyətləri üzərində formanın qeyri material elementi rəsmin əsas predmeti olaraq üslubun adını müəyyən edir.. Belə ki, ışıq hazır forma kimi qəbul edilməsi üçün elmi araştırmalar mövcuddur. Ancaq “hazır forma” (ready made) anlayışı yalnız insanın istehsal etdiklərini incəsənət əsəri kimi təqdim edir. Yeni bir anlayış olaraq işıq elementi bu üslubda qeyri material olaraq formaya dinamiklik verir.
Rəng səthində ışıq şüalarının qırılması ilə yaranan rəsmləri “Reflektionizm” üslubuna aid etmək olar. Reflection (latınca riflessione) əks olunma deməkdir. Bu rəsmlərdə təbii işıq, fırça izləri üzərində sayrışaraq tamaşaçıya əks olunur. Əks olunan işıq, fırça izlərinin müxtəlif istiqamətlənməsinə görə, işıq, kölgə, yarım kölgə və refleks yaradır. Tamaşaçı , rəsmin işıq kölgə nisbiliyi xüsusiyyəti ilə baxış mövqeyinə uyğun olaraq rəsimdə fərqli işıq kölgələr müşahidə edə bilir. Optikada işığın qırılması hadisəsinə “Refraction” deyilsə də sənət anlayışı olaraq inkişaf etdirdiyim bu üslubun adını “Reflektionizm” olaraq qeydə almağı uyğun görürəm. “Reflektionizm” üslubunda fırça izləri və onların istiqaməti birbaşa olaraq təsvir edici vasitədir. Bu üslubda məqsəd rəng relyef yaratmaq yox, işığın sayrışabiləcəyi fırça izləri salmağa yönəlir. Rəng üzərində fərqli yönlərə daranmış fırça izləri, üzərinə düşən işıq şüalarını zəiflədə və ya gücləndirərək rəsm halına salır. Araşdırmalarımın nəticəsi olaraq monoxrom boya ilə çəkdiyim bütün rəsmləri “Reflektionizm” üslubuna aid edirəm.
Elay MƏMMƏDOV
Qeyd edək ki, Elay Məmmədov 1985-ci ildə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində anadan olmuşdur. Ali təhsilini Naxçıvan Dövlət Universitetində aldıqdan sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsinə qəbul olmuşdur. 2002-2010-cu illərdə Monoxrom üslubda eksperimental axtarışlar etmişdir. 2013-cü ildə İtaliyanın və avropanın mühüm akademiyalarından olan Brera Akademiyasında Rəngkarlıq üzrə təhsil almışdır. Reflektionizm üslubunun nəzəri və praktik əsasını hazırlamışdır. Hazırda bir çox nüfuzlu qalereyanın rəssamı kimi fəaliyyət göstərir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.