Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

30.05.2025 10:45
  • A-
  • A
  • A+

Ulu Öndər Heydər Əliyev və uşaqların psixoloji inkişafı

Ulu Öndər Heydər Əliyev və uşaqların psixoloji  inkişafı

“Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Azərbaycanın gələcəyi Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Azərbaycan xalqının Ümummillli Lideri

Heydər Əlirza oğlu Əliyev

Ulu Öndər Heydər Əliyev uşaqları sonsuz məhəbbətlə sevərək, onların təhsili, sağlamlığı ilə bağlı məşğul olurdu. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, ümumilikdə Ulu Öndər tərəfindən atılan bütün addımlar uşaqların psixoloji inkişafında silinməz iz qoymuşdur. Ulu Öndər Heydər Əliyev deyirdi: Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

Müdrik siyasi lider Heydər Əliyevin yeni nəsillər üçün miras qoyduğu ənənələr Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili elan edilməsi də uşaqlara göstərilən qayğının bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Biz ilk növbədə, bütün imkanlarımızı uşaqların rahat yaşamasına yönəltməliyik, uşaqlar üçün işləməliyik və işləyirik”.

Uşaq hüquqlarının təmin olunması da dövlətimizin reallaşdırdığı siyasətin prioritet istiqamətlərindən biri kimi uşaqların psixologiyasına müsbət təsir göstərir. Uşaqların hüquq və azadlıqlarının qorunması, onların təhsil və səhiyyə problemlərinin həlli daim dövlətin diqqətindədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar uşaqların müdafiəsi sahəsində daha səmərəli tədbirlərin görülməsinə, onların cəmiyyətə inteqrasiyasına, çevik prosedurların müəyyənləşdirilməsinə şərait yaratmış, bununla bağlı qanunvericilik bazası da müasir çağırışlara uyğunlaşdırılmışdır.

Erkən uşaqlıq dövrünün inkişafında uşaqların əqli və psixi inkişafı da çox mühüm rol oynayr. Uşağın erkən yaşda tərbiyə olunmasında valideynin yaxından iştirakı, müvafiq mərkəzlərin fəaliyyəti, sağlamlıqla bağlı problemlərin erkən yaş dövündə üzə çıxarılması və vaxtında müdaxilə uşaqlarla bağlı problemlərin həllinə kömək göstərir və bu, beynəlxalq təcrübəyə də uyğundur.

Azərbaycan dövləti uşaqların təlim-tərbiyəsi işinin təşkilinə də onların erkən yaşda inkişafının əsas tərkib hissəsi kimi yanaşır. Respublikamızda uşaqların məktəbə­hazırlıqla əhatə olunması səviyyəsi mərhələ-mərhələ artırılır, uşaqlar məktəbəqədər təhsil müəssisələrinə cəlb edilir, həmçinin bununla bağlı zəruri təşkilati-pedaqoji tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun diqqət yetirdiyi məsələlərdən biri də kimsəsiz uşaqlara göstərilən qayğının artırılmasıdır. “Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı” bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Layihə çərçivəsində paytaxt Bakıda və digər ərazilərdə yerləşən uşaq evləri və internat məktəblərində araşdırmalar aparılır, mövcud problemlər öyrənilir və onların həlli istiqamətində bir sıra vacib işlər görülür. Fond hər zamankı ənənəsinə sadiq qalaraq uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, valideyn himayəsindən məhrum, internat məktəblərində təhsildə xüsusilə fərqlənən uşaqlar üçün yeni il şənliyi keçirdərək, körpələri sevindirir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva kimsəsiz uşaqları özünə yaxınlaşdırır, doğmalaşdırır, onlara müsbət təsir edərək, qəlblərinə xoş ovqat bəxş edir.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: