Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
06.05.2024 09:26
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfrans müasir kimya, biologiya fizika və iqtisad elmlərinin aktual problemlərinə həsr edilib. Mövzu ilə bağlı 7 ölkədən, 700-dən çox məqalə, 5 cilddə kitab nəşr olunub.

Konfransda Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun əməkdaşları da iştirak edib. İnstitutun Bioloji aktiv maddələr laboratoriyasının müdiri biologiya elmlər doktoru, prof. Elman İsgəndər həm plenar iclasda “Chamaecyparıs lawsonıana, thuja occıdentalıs, thuja plıcata növlərinin əsas xəstəlik törədiciləri” mövzusunda məruzə edib, həm də “Aqrar elmləri” bölməsinə rəhbərlik edib. B.ü.f.d. Səbinə Cəfəzadə isə “Resistance of fungi in different condition” mövzusunda məruzə ilə çıxış edib, mövzu ətrafında verilən sualları ətraflı cavablandırıb. İnstitutun digər əməkdaşları da konfransda aktiv iştirak ediblər.

Konfrans öz işini 16 bölmə iclası ilə davam etdirib. Tədbir faydalı əməkdaşlıq şəraitində başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: