Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.05.2024 14:52
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda könüllü tələbələr təcrübə keçiblər

Biofizika İnstitutunda könüllü tələbələr təcrübə keçiblər

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən təşkil olunan “Elm və İnnovasiya” proqramı çərçivəsində Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biologiya fakültəsinin III və IV kurs bakalavr könüllü tələbələrindən ibarət bir qrup Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda 29 mart - 13 may 2024-cü il tarixlərində təcrübə keçiblər.

Təcrübə zamanı tələbələrə Biofizika İnstitutunun Fiziki-kimyəvi stress faktorlarının biofizikası laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d., dos. Sevinc Cəfərova və böyük elmi işçisi b.ü.f.d., dos. Ruhiyyə Quliyeva “Nümunələrin anti-radikal xassələrinin araşdırılması. Kimyəvi Lüminessensiya metodu ilə tanışlıq” və “ZnCl2 duzunun müxtəlif qatılıqlarında eritrosit membranı lipidlərinin oksidləşməsinin Kimyəvi Lüminessensiyası”, Molekulyar və hüceyrə biokimyası laboratoriyasının kiçik elmi işçisi Günay Əliyeva “Elektroforez metodu ilə tanışlıq. Zülalların molekulyar çəkisinə görə ayrılması” və “Zülal ekspressiyası üçün bakterial kulturaların artırılması”, Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının mühəndisi Aytac Məmmədova “Fluoressensiya cihazı ilə tanışlıq və onun biofiziki təcrübələrə tətbiqi”, İnteqrativ biologiya laboratoriyasının kiçik elmi işçisi Aysel Əliyeva “İnsan genomu annotasiyası, mövcud vəziyyət və problemlər”, təcrübə dövründə tələbələrə, eyni zamanda mentorluq edən Molekulyar hüceyrə və biokimyası laboratoriyasının elmi işçisi Mətanət Baxışova isə “Langmuir-Blodgett cihazı ilə tanışlıq. Hüceyrə membranı modeli olaraq monotəbəqələrin əldə olunması və tədqiqi”, “UV-VIS spektrofotometri, onun iş prinsipi və UV-VIS spektroskopiyasının biofiziki tədqiqatlarda tətbiqi”, “Nanohissəciklərin alınması və onların ölçüsünün Zetasizer vasitəsilə təyin olunması” və “Elektron paramaqnit rezonansı (EPR) spektrometrinin iş prinsipi və onun biofiziki tədqiqatlara tətbiqi” mövzusunda müxtəlif praktik təlimlər keçmişlər.

Həmçinin tələbələr ETN Biofizika İnstitutunun “Hüceyrə siqnalının ötürülməsi” laboratoriyasının müdiri b.ü.f.d., dos. Taleh Yusifovun “Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları” və Polşanın Jagiellonian Universitetində “Molekulyar biotexnologiyalar” ixtisası üzrə magistraturanı (ingilis dilində) bitirmiş Telli Mirzəyevanın “Xərçəng hüceyrələrində hem oksigenaza-1-in həddindən artıq ekspressiyasının şiş angiogenezinə təsiri” mövzusunda elmi seminarlarında iştirak etmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: