Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.05.2024 11:16
  • A-
  • A
  • A+

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər keçirilir

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər keçirilir

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun tədbirlər planına uyğun olaraq “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər və institut əməkdaşların bu tədbirlərdə iştirakı davam edir.

İnstitutun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d. Etibar Bədəlov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində orta məktəblərdə keçirilən  tədbirlərdə iştirak edib.

COP29-la bağlı Suraxanı rayonunun 232 saylı tam orta məktəbində təşkil edilən görüşdə E.Bədəlov şagirdlərə mövzu ilə əlaqədar geniş məlumat verib. Məktəblilər COP, onun keçirilməsinin (xüsusilə Azərbaycanda) əhəmiyyəti, iqlim dəyişiklikləri, onun yaratdığı problemlər, ölkəmizdə keçirilən uyğun tədbirlər və s. haqqında ətraflı məlumat əldə ediblər.

Coğrafiyaçı alim, həmçinin Nizami rayonunun 129 saylı tam orta məktəbində də “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində keçirilən “Azərbaycanı tanıyaq və tanıdaq” adlı festivalın iştirakçısı olub. Tədbir zamanı şagirdlərin Azərbaycanın coğrafiyası, ədəbiyyatı, mədəniyyəti, və s. barədə biliklərinin genişləndirilməsi, onlara milli iftixar hissini aşılamaq məqsədi ilə təşkil edilən “Dəyirmi masa”da Etibar Bədəlov ölkəmizdə gedən böyük quruculuq işləri, həyata keçirən genişmiqyaslı tədbirlər, həmçinin Bakıda keçiriləcək COP29-un əhəmiyyəti, iqlim dəyişikləri və s. haqqında şagirdlərə söhbət açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: