Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.05.2024 12:15
  • A-
  • A
  • A+

Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının müdavimləri Əlyazmalar İnstitutunda olublar

Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının müdavimləri Əlyazmalar İnstitutunda olublar

Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının “Səudiyyə Ərəbistanı Mərkəzi”nin müdavimləri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət ediblər.

İnstitutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi fil.ü.f.d. Sevinc Bayramova müdavimləri qarşılayaraq, onlara “Əlyazmalar İnstitutunda saxlanılan yazılı abidələr və ən qədim ərəbdilli əlyazma nüsxələri” mövzusunda mühazirə oxuyub.

Mühazirədən sonra müdavimlər institutun baş mühafizi fil.ü.f.d., dosent Səbinə Əhmədova və Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucovun müşayiəti ilə əlyazma abidələrinin mühafizəsi, bərpası, kitabların tərtibi və kağızların hazırlanması qaydaları ilə tanış olub, mürəkkəb və xətt növləri haqqında maraqlı məlumatlar əldə ediblər.

Daha sonra Əlyazmaların ekspozisiyası və təqdimi şöbəsinin əməkdaşı Aysel Atakişiyeva müdavimləri ekspozisiya zalında sərgilənən qədim və nadir əlyazma nümunələri ilə tanış edib, onlara elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr və nadir eksponatlar barədə məlumat verib.

Görüşün sonunda xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: