Türkiyənin Elazığ şəhərində yerləşən Fırat Universiteti ilə Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasının doktorantı, kiçik elmi işçi Pərvanə Babayeva 22 aprel 2024-cü ildən 2 ay müddətinə Türkiyəyə ezam olunub.
Hazırda o, Fırat Universitetinin “Mühəndislik və metalların istehsalı” fakültəsində Metallurgiya və material mühəndisliyi şöbəsinin müdiri professor Mehmet Deniz Turanın rəhbərliyi altında “Alunitin emal məhlullarından qarışıqların təmizlənməsi” mövzusu üzrə tədqiqatlar aparır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.