Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.05.2024 12:03
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları Odlar Yurdu Universitetində seminar keçiriblər

Dendrologiya İnstitutunun əməkdaşları Odlar Yurdu Universitetində seminar keçiriblər

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun bir qrup elmi əməkdaşları Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrasının tələbə və müəllimləri üçün seminar təşkil ediblər.

Dendrologiya İnstitutunun əməkdaşları b.ü.f.d. dosent Əliyeva Dilrubə, “Abşeron Milli Parkının bitki örtüyü”, b.ü.f.d Salahova Elnarə “Hydrangea macrophylla (thunb.) Ser növündə xloroz xəstəliyi və mübarizə tədbirləri”, Bədəlzadə Nigar “Clematis flammula növünün bioloji xususiyyətləri və yayılması”, b.ü.f.d. dosent Ələkbərov Ramiz, “Kolloidal gümüş suyu və onun faydaları”, b.ü.f.d. dosent Gülməmmədova Şəlalə “Abşeronda ətraf mühitin sağlamlaşdırılmasında bitkilərin rolu”, Əhmədova Venera “Aloe bitkisinin faydalı xüsusiyyətləri”, Zeynallı Aysel “Lonicera L.cinsinə aid bəzi növlərin bioekoloji xüsusiyyətləri”, a.e.ü.f.d. dosent Tağıyev Mərdan, “Zeytun bitkisini bioloji xususiyyətləri və yetişdirilməsi”, Qədirova Nuray “Keçibuynuzu bitkisinin ekoloji və tibbi xüsusiyyətləri” mövzuları ilə  seminar təşkil ediblər.

Seminarda Odlar Yurdu Universitetinin Ekologiya kafedrasının “Biologiya” və “Ekologiya” ixtisaslarında təhsil alan II və III kurs tələbələri iştirak edib.

Sonda mövzular ətrafında müzakirələr aparılıb, məruzəçiyə ünvanlanan suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: