Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.04.2025 16:24
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda şahmat üzrə yarışlara start verilib

Coğrafiya İnstitutunda şahmat üzrə yarışlara start verilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə AR Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Həmkarlar Təşkilatının təşkilatçılığı ilə şahmat idman növü üzrə müəssisədaxili idman turnirinə start verilib.

Tədbiri giriş sözü ilə açan institut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı qeyd edib ki, may ayında xalqımız müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd edəcək: “Biz Həmkarlar təşkilatı olaraq institutumuzda təşkil etdiyimiz idman turnirini bu fərəhli tarixə həsr edirik. Növbəti idman tədbiri daha bir şərəfli günə - 8 Noyabr Zəfər Gününə həsr ediləcək”. HİK sədri diqqətə çatdırıb ki, mayın 2-də başa çatacaq şahmat turnirinin qalibləri mayın 8-də mükafatlandırılacaq.

Tədbirdə baş menecer Həmdulla Əliyev, elmi katib c.ü.f.d. Səidə Zeynalova, c.ü.f.d., dosent Ziyafət Ağayev və başqaları çıxış edərək institut əməkdaşları arasında belə bir idman yarışının keçirilməsinin əhəmiyyətini qeyd edib, iştirakçıların hər birinə uğurlar diləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: