Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.05.2024 09:20
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib

Lənkəran Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Həmkarlar Təşkilatının (HT) hesabat-seçki iclası keçirilib.

Tədbirdə Lənkəran REM-in direktoru Mehman Əliyev, AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, Həmkarlar İttifaqının aparat rəhbəri Şəhla Əmirova və mərkəzin əməkdaşları iştirak ediblər.

Yığıncaqda çıxış edən mərkəzin direktoru Mehman Əliyev Həmkarlar Təşkilatının fəaliyyətinin əməkdaşların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Direktor dövlət tərəfindən bu sahə üzrə yeni sosial proqramlar hazırlandığını və həyata keçirildiyini də qeyd edib.

İclasda Lənkəran REM-in Həmkarlar Təşkilatının sədri Namik Qasımovun 6 illik fəaliyyətinin hesabatı dinlənilib. Hesabat qənaətbəxş hesab olunub.

Daha sonra açıq səsvermə yolu ilə Lənkəran REM-in Həmkarlar Təşkilatına sədr seçilməsi baş tutub. Mərkəz əməkdaşlarının yekdil qərarı ilə Namik Qasımov Həmkarlar Təşkilatın sədri və komitə üzvləri yeni heyətə seçiliblər.

Sonda AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d, dos. Sənan Həsənov məruzə ilə çıxış edərək, Lənkəran REM-də gedən yenilikləri və islahatları diqqətə çatdırıb, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində sədr və komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: