Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.06.2024 21:10
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda elmlə təhsilin inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub

Əlyazmalar İnstitutunda elmlə təhsilin inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Akademiyanın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi tarix ü.f.d., dosent Aynur Hacıqədirli “Tarixə aid türkdilli mənbələrin təsnifatı” mövzusunda mühazirə oxuyub.

Alim mühazirəsində Azərbaycan tarixini özündə əks etdirən türkdilli mənbələrə aid əsərlərdən və onların müəlliflərindən bəhs edib, bu əsərlərin institutumuzun fondunda qorunub saxlanan əlyazma nüsxələrindən nümunələr göstərib. Mühazirə iştirakçıların böyük marağına səbəb olub, verilən suallar cavablandırılıb.

Xatırladaq ki, institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi tədbirlərin növbəti tədris ilində də davam etdirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: