Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.06.2024 09:41
  • A-
  • A
  • A+

Botanika İnstitutu və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Botanika İnstitutu və Naxçıvan  Dövlət Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun imzalanması Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Elm və Təhsil Nazirliyi Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29) - Yaşıl dünya və insan sağlamlığı” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransın açılış tədbirində baş tutub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva tərəfindən qarşılıqlı imzalanan memoranduma əsasən tərəflər arasında müvafiq istiqamətlər üzrə münasibətlərin qurulması və inkişaf etdirilməsi, kadr hazırlığı sahəsində birgə əməkdaşlıq, elmi-tədqiqatlar üzrə birgə fəaliyyətin həyata keçirilməsi, birgə ekspedisiyaların təşkili, Naxçıvan florasında yayılan endemik növlərin coğrafi areallarının tədqiq edilməsi, onların əmələgəlmə yerlərini dəqiqləşdirmək üçün beynəlxalq və birgə elmi tədqiqatların aparılması, bitki nümunələrinin toplanması, onların müasir taksonomik strukturunun dəqiqləşdirilməsi və qiymətləndirilməsi üçün müştərək elmi tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: