Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.06.2024 15:02
  • A-
  • A
  • A+

Azərbaycanda təhsil alan çinli tələbə Dilçilik İnstitutunda məruzə ilə çıxış edib

Azərbaycanda təhsil alan çinli tələbə Dilçilik İnstitutunda məruzə ilə çıxış edib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi seminar keçirilib.

Seminarda Xəzər Universitetinin magistri - çinli tələbə  Yuxuan Tanq  “Azərbaycan dilində hal kateqoriyası və onun Çin dilində ifadə vasitələri” mövzusunda məruzə ilə çıxış edib.

Azırbaycan dilində səlis nitqi ilə çıxış edən magistr Yuxuan Tanq  bildirib ki, ismin adlıq halı Çin dili ilə eynidir. Çin dilində yiyəlik hallı sözdən sonra ümumi əşyaları bildirən sözlər gəldikdə onların arasına (de) hissəciyi artırılır. Yönlük hal “xianq”, “vanq” hissəcikləri, təsirlik hal “ba” ön sözü, yerlik hal “za”, yü” ön sözü, çıxışlıq hal “conq” ön sözü ilə işlənir.

Seminarda elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli gənc magistrə uğurlar diləyib. Vurğulayıb ki, gələcəkdə Azərbaycan dili ilə çin dili arasında müqayisəli linqvistik tədqiqatların aparılması məqsədəuyğundur.

Sonda professorlar İlham Tahirov və Sayalı Sadıqova, dosentlər Şəbnəm Həsənli Qəribova və Reyhan Mədətova çıxış edərək aparılan araşdırmanın əhəmiyyətini diqqətə çatdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: