Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri mövzusunda beynəlxaq konfrans keçiriləcək
07.06.2024 15:12
  • A-
  • A
  • A+

Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri mövzusunda beynəlxaq konfrans keçiriləcək

20-21 iyun 2024-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, AR ETN Mikrobiologiya İnstitutu, Odlar Yurdu Universiteti, Manash Kozybayev Şimali Qazaxıstan Dövlət Universiteti (NKSU), Qazaxıstan Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin Botanika və Fitointroduksiya İnstitutunun birgə təşkilatçılığı ilə Dendrologiya İnstitutunda “Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri” mövzusunda beynəlxaq konfrans keçiriləcək.

Konfrans Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar biotorpaq ehtiyatlarından düzgün istifadə edilməsi və bitki örtüyünün əhəmiyyətli resurs kimi gələcək nəsillər üçün qorunub saxlanılması məqsədilə keçirilir. İqlim dəyişkənliyinin təsirinin elmi əsaslarla araşdırılması, meşə ərazilərində genefondun qorunması, biomüxtəlifliyin zənginləşdirilməsi, ətrаf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, təbii еhtiyаtlаrdаn düzgün və səmərəli istifаdə еdilməsi, оnlаrın bərpаsı üzrə beynəlxalq səviyyədə elmi tədqiqatların aparılması əsas məqsəddir.

Konfrans Qlobal iqlim dəyişkənliyi və biomüxtəliflik, Molekulyar biologiyanın müasir ekoloji aspektləri, İqlim dəyişkənliyinin təbii su hövzələrinə və torpağa təsiri, Antropogen amillərin təbii populyasiyalara təsiri, Şəhər və kəndlərin landşaft dizaynının müasir aspektləri, Zərərvericilərin müasir populyasiyaları və onlarla mübarizə yolları, Biomüxtəlifliyin qorunmasında müasir texnologiyaların rolu, Süni intellekt - yapay zəka, Sənaye əhəmiyyətli bitkilərin iqtisadi səmərəsi, Nadir və nəsli kəsilməkdə olan bitkilərin biotexnoloji üsullarla bərpası, Ekoloji faktorların dəyişməsi və insan sağlamlığı bölmələri üzrə təşkil olunacaq. Konfrans biomüxtəliflik və onun mühafizəsi, meşə ekosistemi və biomüxtəlifliyi, qlobal səhhət xəstəlikləri və biomüxtəliflik, yaşıl enerji texnologiyası və biomüxtəliflik üzrə elmi istiqamətləri əhatə edir.

Konfransın işçi dili ingilis və azərbaycan dilləridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: