Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynova Rusiya Federasiyasının Voronej şəhərində “Demoqrafiya və qlobal çağırışlar” mövzusunda keçirilən III Beynəlxalq Demoqrafik Forumun I dərəcəli diplomuna layiq görülüb.
Sözügedən mükafat Bəyimxanım Hüseynovaya “Azərbaycanin sərhədyanı iqtisadi bölgələrində etnik azlıqların yaşayış məntəqələrinin CİS texnologiyasının köməyi ilə tədqiqi” (Şəki-Zaqatala iqtisadi rayonunun timsalında) elmi məqaləsinə görə təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.