Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.06.2024 15:45
  • A-
  • A
  • A+

AMEA-nın Ulu Öndər Heydər Əliyev haqqında kitabları Qazaxıstandakı “Azərbaycan Mərkəzi”nə təqdim edilib

AMEA-nın Ulu Öndər Heydər Əliyev haqqında kitabları Qazaxıstandakı “Azərbaycan Mərkəzi”nə təqdim edilib

 

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğunun, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB), “Azərbaycan Mərkəzi” İctimai Fondunun və “Dostluq” Etnomədəni Birliyinin təşkilatçılığı ilə Aktauda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan-Qazaxıstan strateji əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” adlı konfransı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutları tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı çap edilmiş kitablar AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk tərəfindən təqdim edilib.

Kitablar Qazaxıstanın Aktau şəhərində Ş.Yessenov adına Universitetdə yerləşən “Azərbaycan Mərkəzi”nə, Mangistau vilayətinin Qazaxıstan xalq Assambleyasının Dostluq Evi”nə təqdim edilib. Kitabları “Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru, universitetin beynəlxalq münasibətlər kafedrasının baş müəllimi İlkin Orucov qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: