Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

MEK-lə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb
28.06.2024 10:00
  • A-
  • A
  • A+

MEK-lə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədi MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, qarşı tərəfdən isə Ürgənc Dövlət Universitetinin rektoru Bəhram Abdullayev imzalayıblar.

Memorandum çərçivəsində birgə innovativ və tətbiqi layihələrin həyata keçirilməsi, elm, mədəniyyət sahəsində qarşılıqlı informasiya dəstəyinin yaradılması, təcrübə proqramının təşkili, bundan əlavə, yeni texnologiyaların kitabxana sahəsinə inteqrasiya imkanlarının araşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, cari ayın 21-də Ürgənc Dövlət Universiteti Kitabxanasının direktoru Həsən Siddikov MEK-də olarkən, iki qardaş ölkənin elmi kitabxanaları və qurumları arasındakı mədəni əlaqələrin inkişafı sahəsində tərəfdaşlıq əlaqələri müzakirə edilmiş, müqavilə imzalanması üçün razılığa gəlinmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: