Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.06.2024 09:28
  • A-
  • A
  • A+

Akademik İradə Hüseynova İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq konqresdə məruzə ilə çıxış edib

Akademik İradə Hüseynova İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq konqresdə məruzə ilə çıxış edib

AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova 20-21 iyun 2024-cü il tarixlərində İspaniya Krallığının Barselona şəhərində keçirilən “Biokimya, struktur və molekulyar biologiya üzrə beynəlxalq konqres”də (ICBSMB 2024) “Buğdanın quraqlıq stresinə reaksiyasının transkriptom analizi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi ən son transkriptom analiz aləti hesab olunan RNAseq metodundan istifadə etməklə stresə davamlı və həssas yerli buğda genotiplərində aparılan tədqiqatların nəticələrini, bitkilərin antioksidant müdafiə sisteminin cavab reaksiyası ilə streslə induksiya olunan transkriptom arasında müəyyən edilmiş korrelyasiya əlaqələrini konqres iştirakçılarına təqdim edib.

Çıxış böyük maraqla qarşılanıb, təqdimat ətrafında geniş müzakirələr aparılıb.

Konqresin gedişində müxtəlif ölkələri təmsil edən alimlərlə görüşlər keçirilib, elmi əməkdaşlıq imkanları müzakirə edilib və birgə tədqiqatların aparılması ilə bağlı razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: