Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan ilk buraxılışı yayımlanıb
28.06.2024 15:45
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan ilk buraxılışı yayımlanıb

Mədəniyyət kanalında “Vətənim” verilişinin dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan ilk buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verilişdə Füzulinin zəngin ədəbi-bədii irsindən bəhs olunub.

Bildirilib ki, Azərbaycan xalqının mütəfəkkir şairi, söz dünyasının sahilsiz ümmanı, qəsidələr, qəzəllər ustadı, bəşəri və humanist ideyaların qoruyucusu, əbədiyaşar söz sənətkarı Məhəmməd Füzulinin əsərləri özünün dil və üslub orijinallıqları ilə daim seçilmişdir. Məhəmməd Füzulinin türkcə divanı sənətkarın lirik şeir yaradıcılığının zirvəsi sayılır.

Akademik Rafael Hüseynov qeyd edib ki, Məhəmməd Füzuli həm də xəttat və geniş dünyagörüşə malik mətnşünas olmuşdur. Ədibin qəsidələrində təbiət təsviri və elmi biliklərin təbliği əsas yer tutur.

Diqqətə çatdırılıb ki, mütəfəkkir şair fars dilində yazmasına baxmayaraq, ana dilini - Azərbaycan türk dilini gözəl, lətafətli şeir nümunələri yazmaqla zənginləşdirmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: