Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

14.06.2024 09:24
  • A-
  • A
  • A+

Türkiyəli qonaqlar Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər

Türkiyəli qonaqlar Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər

Hüseyn Cavidin Ev Muzeyinin qonaqları Türkiyə Cümhuriyyətinin Niğde Ömər Xalisdəmir Universitetinin İslami Elmlər fakültəsinin müəllim heyəti – dosent, fəlsəfə doktoru Arslan Karaoğlan, fəlsəfə doktoru Süleyman Doğanay, fəlsəfə doktoru Əhməd Vural və fəlsəfə doktoru Berat Can olub.

 Muzeyin direktoru Əməkdar Mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı qonaqlara  Hüseyn Cavidin həyatı və yaradıcılığı ilə tanış edib.

Muzeyin direktoru Gülbəniz Babaxanlı qonaqlara  “Hüseyn Cavid. Seçilmiş əsərləri“, “Hüseyn Cavid. Seçmə aforizmlər”  kitablarını hədiyyə edib. Qonaqlar muzeyin xatirə dəftərinə ürək sözlərini yazıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: